"Sabunçuda bomba var"

11 Aprel 2011 17:17
Naməlum şəxs polisə Sabunçu rayonunda bomba olması barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 11-nə keçən gecə saat 01:07-də özünü təqdim etməyən şəxs Sabunçu qəsəbəsi ərazisindəki taksofondan DİN-in "102" xidmətinə zəng edərək "Sabunçuda bomba var" deyərək dəstəyi asıb.

Dərhal Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində polisə yalan məlumatı vermiş Göyçay rayon sakini Orxan Həbibullayev saxlanılıb.

Milli.Az