Ekologiya və Təbii Sərvətlər Nazirliyindən meteohəssas insanlara xəbərdarlıq
11 Aprel 2011 16:12
Aprelin 12-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, axşam havanın tutqun olacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.
Aprelin 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 11-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 12-də hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin aprelin 12-də axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə 6-10, gündüz 14-19, dağlarda gecə 0-3, gündüz 8-13 dərəcə isti olacaq.
Aprelin 13-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Aprelin 14-ü gündüz qərb rayonlarından başlayaraq, yağışın tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək, aprelin 14-də mülayim cənub-qərb küləyi əsəcək. Gecə 5-9, gündüz 11-16, aprelin 14-də 20 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 13-də atmosfer təzyiqinin kəskin yüksəlməsi meteohəssas, xüsusən də ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda narahatlıq hissi yarada bilər.
Milli.Az