92 yaşlı əkizlər eyni gündə öldü

11 Aprel 2011 16:52
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 92 yaşlı əkiz qardaşlar eyni gündə vəfat edib. Həmin vaxt qardaşlar bir-birilərindən bir neçə yüz kilometr aralı olsalar da, onların eyni vaxtda özlərini pis hiss etdikləri və eyni anda öldükləri sübut olunub.
Yaxınlarının sözlərinə görə, Florentino və Eliodoro adlı qardaşlar demək olar ki, bütün ömürlərini eyni hərəkətləri etməklə keçiriblər. Onların hər ikisi 1 ayağını itirib. Qardaşların eyni sayda uşaqları var. Bu il aprelin 17-də onların 92 yaşı tamam olmalı idi. Amma qocalar eyni anda dünyalarını dəyişiblər.

"Bu günlərdə Eliodoronun səhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib. Bir müddət sonra Eliodoro vəfat edib. Bu zaman onun baş verənlərdən məlumatsız olan qardaşı da özünü pis hiss edib və az sonra o da dünyasını dəyişib", - deyə əkizlərin yaxınları bildirir.
Qardaşlar 1 məzarda dəfn olunub.

Milli.Az