13:50
Milli.Az NTV-yə istinadən bildirir ki, partlayış nəticəsində yaralananların sayı 23-dür.
----------
13:36
Milli.Az bildirir ki, "DHA"nın xəbərinə görə, partlayış nəticəsində 2 polis şəhid olub, çoxlu yaralı var.
---------
13:24
Videonu izləmək üçün şəklə klikləyin:


---------
12:46
Türkiyənin Mardin vilayətinin Midyat rayonunda PKK terrorçuları tərəfindən Təhlükəsizlik İdarəsinə bomba yüklü avtomobillə hücum təşkil edilib.
Milli.Az "DHA"ya istinadən xəbər verir ki, nəticədə Türkiyə vaxtı ilə saat 11-də idarədə partlayış olub.
Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata görə, yaralılar var.
Bəxtiyar Umarlı
Milli.Az