Yəmən prezidenti hakimiyyəti təhvil verməyə razılaşdı
11 Aprel 2011 16:06
Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasının bəyanatında vasitəçilərin planının dəstəkləndiyi bildirilir.
Qeyd edək ki, Fars körfəzi dövlətləri tərəfindən hazırlanmış plan Salehin səlahiyyətlərini vitse-prezidentə verməsini, müxalifətin rəhbərlik edəcəyi hökumətin isə konstitusiya islahatları apararaq, ölkəni növbəti seçkiyə hazırlamasını nəzərdə tutur.
Aylardır prezidentin istefası tələbilə mitinqlər keçirən müxalifət isə planı rədd edib.
Milli.Az