Taxta məhsullarının qiyməti niyə artıb?

11 Aprel 2011 16:57
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu tərəfindən mart ayı ərzində tikintinin əsas çəkisini təşkil edən 38 adda, 88 növdə tikinti materialının qiymət araşdırılması aparılıb.

Birlikdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ay ərzində taxta məhsullarında təklifin artması, qıtlığın yaranması sayəsində qiymətlərin yüksəlməsi müşahidə edilib.

Martda yerli məhsulların qiymətlərində stabillik müşahidə edilsə də, idxal məhsulları arasında şiferin və dəmir təbəqənin qiymətlərinin kəskin artdığı qeydə alınıb. Ümumilikdə araşdırılan 38 adda (88 növ) məhsuldan 10-da artım baş verib ki, bu məhsullar aşağıdakılardır:

Çınqıl

+20,00

Dəmir təbəqə

+2,29

Taxta

+11,11

Şifer (6 kanallı)

+8,33

DSP

+10,14

Dam örtüyü

+1,57

Künyə

+1,44

Plastik boru

+2,24

Dəmir təbəqə

+13,07

Şüşə pambıq

+11,76



Qiymətində azalma müşahidə edilən tikinti materiallarının siyahısı aşağıdakı kimi olub:

Mişar daşı

-4,35

Katinka

-10,42

Şveller

-3,13

Şüşə

-4,74



Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb.
Ötən ayda baş verən qiymət dəyişməsi əvvəlki ayla müqayisədə 1,44% artım təşkil edib. Getdikcə qiymət artımı tendensiyası müşahidə edilən eyni məhsullar üzrə orta qiymət göstəricisi ilin əvvəli ilə müqayisədə 13,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 17,6% artım təşkil edib.
Aparılan aradırmalar yerli istehsal mallarının ümumi qiymət portfelindəki bazar payının idxal mallarını 1,17 dəfə üstələdiyini deməyə əsas verib.

Milli.Az