Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə 800 min manat xərclənib
11 Aprel 2011 14:31
Aprelin 7-9-da Bakı şəhərində keçirilən Ümumdünya Mədəniyyətləarası Dialoq Forumunun təşkilinə 800 min manata yaxın pul xərclənib.
APA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, belə bir foruma 5-10 milyon dollar da xərclənsəydi, çox sayılmazdı: "Biz yalnız qonaqların Azərbaycanda qalmasını və qida, nəqliyyat xərclərini ödədik. Onlar öz vəsaitləri hesabına bura gəldilər. Normal qaydada mehmanxana və yeməyin pulunu ödəyərək bu işin öhdəsindən gəldik".
Əbülfəs Qarayevin fikrincə, forumun əhəmiyyətini hər hansı maliyyə ölçüləri ilə qiymətləndirmək doğru deyil: "Bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin müsbət imicinin formalaşmasına və Azərbaycanın sülhsevər və kompromisə meylli ölkə kimi tanınmasına təsir göstərdi".
Milli.Az