Bakıda ev partladı, bir ailə xəstəxanalıq oldu

11 Aprel 2011 14:01
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, partlayış hadisəsi Sabunçu qəsəbə sakini Bəylər İsmayılova məxsus 1 otaqlı fərdi evdə meydana gəlib.
Təbii qazın sızmasından baş verən ani partlayış nəticəsində evin qapı və pəncərə çərçivələri dağılıb. Evdə olan B.İsmayılov, arvadı Mirhəyat, oğlanları QəmbərTurxay isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az