Yaponiyada növbəti güclü zəlzələ: sunami xəbərdarlığı ləğv olundu - YENİLƏNİB

11 Aprel 2011 17:01
Milli.Az CNN-ə istinadən xəbər verir ki, Yaponiya Meteoroloji Agentliyi sunami təhlükəsilə bağlı xəbərdarlığı ləğv edib.
Bundan başqa, əvvəlcə zəlzələnin 7,1 bal gücündə olduğu bildirilsə də, ABŞ-ın Geoloji Xidməti əslində yeraltı təkanın gücünün 6,6 balı keçmədiyini açıqlayıb.

----------
13:51

Milli.Az xəbər portalının "RBK"ya istinadən verdiyi məlumata görə, yeraltı təkanın gücü 7,1 bal olub. Zəlzələ paytaxt Tokioda da hiss olunub.
Sunami təhlükəsinin olduğu elan edilib. Bəzi məlumatlara görə, artıq hündürlüyü 1 metrədək olan dalğalar İbaraki prefekturasının sahillərinə çatıb.

Milli.Az