İzzət: "Sevilmək başqa şeydir"

7 İyun 2016 14:06

Müğənni İzzət Bağırov gənc müğənniləri tənqid atəşinə tutub.

Milli.Az big.az-a istinadən xəbər verir ki,"10-dan sonra" verilişində qonaq olan müğənni bugünkü müğənnilərin SMS-lə, MMS-lə gəlib bu yerə çıxdıqlarını vurğulayıb.

"Hamı müğənni ola bilər. Amma sevilmək başqa şeydir. Müğənni var ki, 50 ildir oxuyur, amma bir nəfərin qəlbinə belə yol tapa bilməyib. Bilirsiz, müğənninin üzündə gülüş olmalıdır. Əvvəlki müğənnilər üzdə idilər, sevilirdilər. Çünki sənət var idi. SMS-lə, MMS-lə səs toplayıb müğənni olmurdular. Müsabiqələrdə ən cavan münsif heyəti Məmmədbağır Bağırzadə idi. Özü də o vaxtlar şnurlu mikrofonlar idi, indiki mikrofonlarla yox. Nə var ki indiki mikrofonlarla oxumağa. Aparatın, texnikanın gücünə oxuyurlar. Əjdahalar var idi o vaxtlar".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az