"Saçıma, saqqalıma rəng də qoyduraram"

7 İyun 2016 12:02

Meyxanaçı Namiq Qaraçuxurlu başına tük əkdirməsi ilə bağlı söz-söhbətə son qoyub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" verilişində belə bir şey etdirmədiyini deyib:

"Saçlarım tökülürdü, müalicə etdirdim. Amma tük əkdirməmişəm. Biz səhnə adamlarıyıq, özümüzə qulluq etməli, fikir verməliyik. 

Lazım gələrsə, saçıma, saqqalıma rəng də qoyduraram. Buna pis baxmıram".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az