Ötən il dünyada hərbi məqsədlərə nə qədər pul xərclənib?

11 Aprel 2011 15:21
Milli.Az xəbər portalının "Korrespondent"ə istinadən verdiyi məlumata görə, bu, 2009-cu illə müqayisədə 1,3% çoxdur.
Dünya problemlərinin tədqiqi üzrə beynəlxalq institut bildirir ki, 2010-cu ildə hərbi xərclərin ən çox artdığı region Cənubi Amerikadır (5,8%).  Avropada bu artım 2,8% təşkil edib. Ən aşağı artım Yaxın Şərqdə (2,5%), həmçinin Asiya və Okeaniyada (1,4%) qeydə alınıb.
2010-cu ildə ABŞ-ın hərbi xərclərinin artım tempi zəifləyib və 2,8% təşkil edib. Bu, 2001-2009-cu illərlə müqayisədə 7,4% azdır. Buna baxmayaraq, ötən il dünyanın hərbi xərcləri içərisində ABŞ-ın payı 43% təşkil edib.

2009-cu ildə olduğu kimi, ötən il də ABŞ hərbi xərclərinin həcminə görə, dünya lideridir. İkinci yerdə Çin, daha sonra Böyük Britaniya və Fransa gəlir. İlk beşliyi Rusiya qapayır. Yaponiya, Səudiyyə Ərəbistanı, Almaniya, Hindistan və İtaliya sonrakı yerləri tutur.

Milli.Az