Teleaparıcı: "Çox açıq-saçıq geyinirlər" - FOTO

6 İyun 2016 14:38

Özümə açıq-saçıq geyimlə bağlı qadağa qoymuram. Sadəcə, bu cür libaslar mənlik deyil, heç sevmirəm. Dekolte isə tamamilə istifadə etmirəm. Amma normal qısalıqda ətək geyinə bilərəm.

Bu sözləri axşam.az-a açıqlamasında "Xəzər" telekanalının aparıcısı Aytəkin Mərdanova deyib. 

O, geyim stilindən danışıb:

"Qısa, dekolte geyinənlərə pis baxmıram. Amma yaraşmadığı halda çox açıq-saçıq, çılpaq geyinirlər, onları heç sevmirəm. Geyim insanın yaşına, özünə, gedəcəyi məkana uyğun olmalıdır. Mənim geyim üslubum klassik və avanqartın qarışığıdır. Çalışıram, özümə yaraşanı geyinəm. Çox dar şalvar və qısa koftaları geyinənlərə pis baxıram".

Aytəkin həyat yoldaşının hərdən ona geyimlərində məsləhətlər verdiyini də gizlətməyib:

"Yoldaşım geyimimə qarışmır. Onun zövqü çox yaxşıdır. Nəsə olanda, deyir bu sənə yaraşmır. Çalışıram elə geyinim ki, ətrafdakılar mənfi nəsə deməsinlər. 

Nə ucuz libaslar alıram, nə də ən bahalı brendlərə üstünlük verirəm. Orta qiymətə olan libasları seçirəm".

Aparıcı zinət əşyalarını çox sevidiyini deyib: 

"Ən həssas yerim qızıldır. Elə an olub ki, ən sonuncu pulumu belə qızıla vermişəm. Hər dəfə özümə söz verirəm ki, paltara pul xərcləməyəcəm, amma əməl edə bilmirəm. Cibimdə pul olanda xərcləməyə çalışıram. Bir də əhvalım olmayanda, alış-verişə gedirəm".

Milli.Az