Elnur sevənlərinə mesaj verdi: "Sizləri orada görmək istəyirəm"

6 İyun 2016 09:38

"O səs Türkiyə" yarışmasının qalibi Elnur Hüseynov Bakıda sevənləri ilə görüşəcək. 

Axşam.az-ın məlumatına görə, iyunun 24-də nəzərdə tutulan konsert istirahət mərkəzlərindən birində gerçəkləşəcək. 

"Mənim dəyərli izləyicilərim, hər dəfə Bakıya gələndə, sizləri çıxışlarımla sevindirməyə çalışıram. Hamınızı klub partisinə dəvət edirəm. Sizləri orada görmək istəyirəm", - deyə, E.Hüseynov bildirib.

Milli.Az