İran Ermənistana qaz ixracını 6 dəfə artıra bilər
11 Aprel 2011 12:02
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Cavad Ouci bildirib. Ötən il ölkəsinin qaz ixracını 26% artırdığını deyən nazir yeni qaz yataqlarının istifadəyə verilməsilə bu həcmin daha da artacağını söyləyib: "2014-cü ildən Pakistana hər il 20 milyon kubmetrdən artıq qaz ixrac etməliyik. Ermənistana qaz ixracı isə 6 dəfə artırıla bilər".
Milli.Az