Suriyada nümayişlərin keçirildiyi şəhərə tanklar yeridildi

11 Aprel 2011 13:57
Milli.Az xəbər portalının "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, Dəməşqin 260 kilometrliyində yerləşən şəhərə tankların yeridilməsinə səbəb burada hökumət əleyhinə nümayişlərin səngiməməsidir. Bu gün səhər burada nümayişçilərlə hökumət qüvvələri arasında növbəti toqquşma baş verib. 5 nəfərin güllə yarası aldığı bildirilir.
Hüquq müdafiəçiləri şəhərdə mobil telefonların işləmədiyini bildirir. Onlar hesab edir ki, hazırda şəhərdə nümayişçilərə qarşı xüsusi əməliyyatın aparıldığı istisna deyil.

Milli.Az