Saatlıda ağır qətl
11 Aprel 2011 10:09
Saatlı rayonunda qətl törədilib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Qaranuru kənd sakini 30 yaşlı Rövşən Əliyev ov tüfəngi ilə 41 yaşlı həmkəndlisi Vüqar Kazımovu başından güllələyib. V.Kazımov aldığı güllə yarasından yerindəcə keçinib.
Qanlı hadisə aprelin 10-da saat 18:00 radələrində törədilib. Polisə məlumat daxil olan kimi, hadisə yerinə prokurorluq əməkdaşları gəlib. R.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az