Nigeriya seçkilərində müxalifət qalib gəlir

11 Aprel 2011 09:58
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Nigeriya qəzetləri Nümayəndələr Palatasının spikeri Dimeci Bankolenin öz doğma yurdunda müxalifətdə olan Nigeriya Hərəkət Konqresinin (NHK) namizədinə uduzduğunu xəbər verir.

Ümumi trendlər göstərior ki, NHK iqtisadi paytaxt sayılan Laqosun da daxil olduğu cənub-qərbdə əksər yarışlarda qalib gəlib.  Başqa partiya, Proqressiv Dəyişiklik Uğrunda Konqres partiyası isə ölkənin şimalında üstünlüyü ələ alıb.

Milli.Az