Suriyada etiraz dalğası yayılır

11 Aprel 2011 09:19
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, burada şahidlər prezident Bəşar əl-Əsədin tərəfdarlarının beş adamı yaraladıqlarını xəbər verirlər.  Deyilənlərə görə loyalistlər maşınlardan Əbu Bəkr əl-Siddiq məscidində toplaşan adamlara atəş açıblar.

Banias şəhərinin sakinləri artıq iki gündür ki, hökumətə qarşı etiraz aksiyaları keçirirlər.

Şəhərlə telefon əlaqəsi çətinləşdiyinə görə baş verənləri aydınlaşdırmaq mümkün deyil.  Sakinlər Fransa Xəbər Agentliyinə bütün quru və mobil telefon rabitəsinin kəsildiyini deyirlər.

Şahidlər həmçinin Latakiya və Dəra şəhərlərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdıqlarını bildirirlər.

Milli.Az