Günün yuxuyozması

27 Aprel 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

MEHMANDAR (mehmanxana sahibi, işçi)-əsgi xatirələrinizi yenidən yaşayacağınıza yozulur.

FALAQQA-Hiyləgərliyə məruz qalacaqsınız.

ŞAM AĞACI-Həm Şərq, həm də Qərb yozucuları tərəfindən geniş miqyasda açıqlanır. Şam ağacı murad, niyyət rəmzidir. Yuxuda şam ağacı görən xəstələr az müddət içində sağalıb ayağa duracaqdır.

Şamlıq-aşıb-daşan bolluğa, yaxşı gəlirə, var-dövlətə yozulur.

Ev quşları - toyuq, ördək, hind quşu yumurtlayan ev quşlarını yuxuda görmək - cavan oğlan üçün yüksək mövqeyi olan birisiylə düşmənçilik etməkdən cəkinməyin vacibliyini göstərir. Orta yaşlılar üçün bu röya - təcrübəli hərəkət edərsə, işlərini genişləndirmək və inkişaf etdirmək baxımından əlinə yaxşı bir fürsət düşəcəyini xəbər verir. Heç evlənməmiş qadın belə bir yuxu görərsə, bir əkin-biçin adamı ilə evlənəcək və əkinçi həyatı yaşayacaqdır.

Milli.Az