Türkiyə ümid edir ki, Almaniya tarixi səhvini düzəldəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Onun sözlərinə görə, Bundestaq deputatları öz təsdiqini tapmayan tarixi səhvin altından imza atdılar: "Almaniyanın anti-Türkiyə qətnaməsi Almaniya-Türkiyə münasibətlərinə çox mənfi təsir etdi".
Baş nazir qeyd edib ki, bu qətnamənin Türkiyə üçün heç bir önəmi yoxdur.
Milli.Az