Təkbir, təhlil, təsbih sözlərinin mənası nədir?

5 İyun 2016 19:15

Bu terminlərə, əsasən, dua və hədis kitablarında rast gəlirik.

Milli.Az islam.az-a istinadən bildirir ki, təkbir, yəni böyütmək, böyüklüyünü təsdiq etmək - dini termin olaraq "Allahü əkbər" kəlməsini söyləməyə deyilir.

Təhlil - "la ilahə illəllah", yəni "Allahdan başqa tanrı yoxdur" cümləsini dilə gətirməkdir.

Təsbih, yəni müqəddəsləşdirmək isə "sübhan Allah" kəlməsini söyləmək mənasında başa düşülür.

Milli.Az