İsrail İranla müharibə ideyasından əl çəkdi
10 Aprel 2011 16:49
Millli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, sən demə, İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyat ideyasından İsrail hələ 5 il əvvəl əl çəkibmiş. Bu barədə "WikiLeaks" saytının əldə etdiyi diplomatik yazışma sənədlərindən bəlli olur. 2005-ci ilin dekabrı-2006-cı ilin yanvarı tarixli həmin sənədləri İsrailin "Haaretz" qəzeti də dərc edib.
Diplomatik məktublardan biri amerikalı konqresmen Qari Akermanın İsrail Nüvə Energetikası Komissiyasının sədr müavini Ariel Levi ilə görüşünün nəticələrinə həsr olunub. Levit bildirib ki, İsrailin hakimiyyət dairələri İrana qarşı hərbi əməliyyatları mümkünsüz hesab edirlər.
"Şübhə etmirik ki, İran 1981-ci ildə İsrail aviasiyasının İraqdakı "Osirak" nüvə reaktoruna aviazərbələrinin təcrübəsini nəzərə alaraq nüvə obyektlərini müxtəlif yerlərdə yerəşdirib. Həmin obyektlərin bəziləri barədə İsrail ümumiyyətlə, məlumatsız ola bilər", - Levit söyləyib.
Milli.Az