"Hələ başqa dəhşətlərdən danışmıram..."

3 İyun 2016 18:35

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədən uzaqlaşıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda İnstaqram səhifəsində yazıb. Sənətçi bildirib ki, sosial şəbəkələr onun vaxtını alır:

"Sosial şəbəkəni dəyərli vaxtımın boşa getməsi kimi qəbul edirəm. Ona görə də bir ay, bəlkə də daha çox heç bir sosial şəbəkədən istifadə etməyəcəm. Özümə inanıram və güvənirəm. Çünki bu günə kimi çox nəticələr gördüm. İyunun 1-dən iyulun 1-nə kimi sosial şəbəkələrdən ayrı qalacam. 

Belə daha yaxşı olacaq. Siz də edin və görün ki, bu sosial həyat nə qədər pisliklər edir. Elə dünyadakı müharibənin də ilk səbəbkarı sosial şəbəkədir. Hələ başqa dəhşətlərdən danışmıram. 

Yəqin ki, məni anlayacaqsınız, xahiş edirəm mənə heç bir mesaj yazmayın. Çünki yazdıqlarınızı oxumuram".

Maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az