Moskva "Skype" və "Gmail"-in bağlanmasını istəmir?
10 Aprel 2011 12:52
"Əksinə, biz qabaqcıl texnologiyaların inkişafını istəyirik. Bu təbii prosesdir", - FTX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi deyib.
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, bu bəyanatdan əvvəl FSB rəsmisi xarici resursların ölkə təhlükəsizliyi üçün hədə olduğunu qeyd edib.
""Gmail", "Hotmail" və "Skype" kimi servislərin nəzarətsiz istifadə olunması Rusiyanın təhlükəsizliyinə miqyaslı hədə yarada bilər", - informasiya və xüsusi rabitə müdafiəsi mərkəzinin rəisi Aleksandr Andreeçkin deyib.
Andreeçkinin bəyanatı Kreml tərəfindən "şəxsi nöqteyi-nəzər" kimi qiymətləndirilib.
FTX rəsmisinin sözlərini rabitə nazirliyi və prezident yanında insan haqları üzrə şuranın nümayəndələri tənqidlə qarşılayıblar.
Məşhur bloqqer Serqey Nosik deyib ki, FTX-ni əsasən "Skype" narahat edir.
"Həmin üç servisdən FTX-ni həqiqətən də əsəbiləşdirən alqoritmlərinin deşifrələnməsi mümkün olmayan "Skype"dır", - deyib internet eksperti.
"Gmail" və "Hotmail" poçt servislərinə dair narazılıq indiyədək açıq bildirilməyib.
Dbest.ru şirkətinin nümayəndəsi Oleq Ruyatkin hesab edir ki, bu resursların serverlərinin xaricdə olması istifadəçilərin məlumatlarını xüsusi xidmətlər üçün əl çatmaz edir.
Milli.Az