Aysel Teymurzadə və əri nazirlərlə bir arada - FOTO

2 İyun 2016 20:34

Bu gün Azərbaycan Dövlət Filarmoniyasında dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Qafqazinfo xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.

Yubiley gecəsinə, eyni zamanda, Azərbaycanın "Eurovision-2009"dakı təmsilçisi Aysel Teymurzadə də qatılıb. O, mərasimə həyat yoldaşı - Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosenti, pianoçu Murad Adıgözəlzadə ilə birgə gəlib.

Tədbirdə görüntülənən Aysel Teymurzadənin növbəti dəfə ana olmağa hazırlaşdığı da məlum olub. 

Qeyd edək ki, cütlük 2013-cü ildə ailə həyatı qurub, onların 2 övladı var. 

Milli.Az