Buşehr nüvə stansiyasına yanacaq doldurulur

10 Aprel 2011 10:16
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, İranın xarici işlər naziri Əli Əkbər Salehinin dediyinə görə, obyektdəki reaktora yanacaq doldurulmasına başlanılıb. Rəsmilər ümid edirlər ki, nüvə stansiyası mayın 10-adək həlledici mərhələyə daxil olacaq.

Rusiyanın inşa etdiyi stansiyadakı layihə illərdir ki, müxtəlif problemlər üzündən ləngiyir.

Ayrıca olaraq İran dövlət mediası Salehiyə istinadən Tehran yaxınlığındakı zavodun sentrifuqalar istehsalına başladığını bildirib.

Milli.Az