Sabiq baş nazir əqidəsini pula satır?

10 Aprel 2011 15:12
Britaniyanın keçmiş baş naziri Toni Bleyer Bakıda 20 dəqiqəlik çıxış edib
Britaniyada çıxan "Eveving Standard" qəzeti yazır ki, ölkənmin keçmiş baş naziri Toni Bleyerin Avstraliya və Yeni Zellandiyaya mühazirə səfərini qiymət fırıldağı üstündə cərimə olunmuş karton qutu firması maliyyələşdirir.

Qəzet yazır ki, keçmiş baş nazir "liderliyin, danışıq qabiliyyətinin və yenilikçiliyin incəliklərindən söz açmaq üçün" səfəri ərzində 6 görüş keçirəcək.
Qəzet buna görə onun 500 min funt sterling qonorar alacağını bildirir.
Dünyanın ən böyük karton qutu istehsalçısı olan "Visy" şirkəti ötən ay onun qiymətqoyma fırıldağından ziyan çəkmişlərə 20 milyon dollar ödəməli olub.

Şirkətin sahibi Əntoni Prət Avstraliyanın üçüncü ən varlı insanıdır.
Sidney, Brisbeyn, Melburn, Pert və Oukland kimi şəhərlərdə keçiriləcək mühazirələrin biletlərinin ən ucuzu 620 funt sterlinqdir.
Biletlər "dünyanın yaşamını dəyişmiş siyasətçi ilə görüş" vəd edir.
Mühazirələrdən əvvəl keçiriləcək qeyri-rəsmi kokteyl banketində 10 nəfərlik masanı 10 min funt sterlinqə almaq mümkündür.
"Evening Standard" yazır ki, Liberal-Demokrat Partiyasından nazir Norman Beyker Toni Bleyeri tənqid edib.
O deyib ki, Toni Bleyer keçmiş vəzifəsindən pul qazanmaq üçün eninə-geninə istifadə edir.
Hakim Mühafizəkarlar Partiyasından Daqlas Karsvel isə deyib ki, bu adam gözdən düşmüş korporativ maraqlarla məşğul olmaqdansa, diqqətini sülh səfiri olduğu Yaxın Şərqə yönəltməlidir.

Qəzet yazır ki, baş nazir postunu 2007-ci ildə tərk edəndən bəri Toni Bleyerin ictimai çıxışlarından, beynəlxalq bank və şirkətlərə məsləhətçi kimi fəaliyyətindən 30 milyon funt sterlinq qazandığı güman edilir.
Ötən sentyabrda cənab Bleyer Fələstinin çətinlikdə olan telekommunikasiya şirkəti Vətəniyyəni xilas etmək üçün İsraildə geniş lobbiçilik fəaliyyətində olub.

"Vətəniyyə" şirkəti öz növbəsində Bleyere ildə iki milyon funt sterlinq ödəyən "JP Morqan" şirkətinin müştərisidir.
Toni Bleyerin sözçüsünə bu barədə sual verilərkən, "bunlar şirkətlərin öz daxili işləridir" cavabını verib.

Milli.Az