Foqts qərarını dəyişməsinin səbəbini açıqladı

9 Aprel 2011 18:40
Qol.Az-ın məlumatına görə, Foqts deyib ki, çempionatın hazırkı mərhələsində Azərbaycan millisinin aprelin 11-dən 14-dək planlaşdırılan təlim-məşq toplanışını keçirməməyimizin səbəbi, klubları nəzərə almağımızdır. Tibbi müayinə və dopinq-test əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 18-dən 21-dək Almaniyada təşkil olunacaq" - baş məşqçi bildirib.

B.Foqts onu da qeyd edib ki, ölkə kubokunun finalına yüksəlməyən klublardakı millinin üzvləri mayın 20-dən iyunun 8-dək Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlara hazırlaşacaqlar. Ölkə kubokunun finalında çıxış etmiş futbolçular mayın 26-da millinin heyətinə qoşulacaqlar.

Milli.Az