Nəsib gəldi, Təranə getdi

2 İyun 2016 10:27

Xəbər verdiyimiz kimi, aparıcı Nəsib Nur bir neçə gün öncə "Xəzər FM" radiosunun direktoru təyin edilib.

Radionun keçmiş direktoru Təranə Muradova vəzifəsindən ayrılması haqda axşam.az-a danışıb: 

"Altı ildi, "Xəzər FM"də çalışırdım. Hər son bir başlanğıcdır. İşimdən ayrılmağıma bu cür yanaşıram. Digər radiolardan çoxlu təkliflər almışam. Buna baxmayaraq, hələlik istirahət etməyi düşünürəm. 

Bir müddətdən sonra yenidən təklifləri nəzərdən keçirəcəm. İki gündür, telefonum susmur. Sevinirəm ki, məni bu qədər yada salanlar, çox istəyənlər var".

Milli.Az