Qəzzafi qoşunları Əcdəbiyə şəhərini bombalayır

9 Aprel 2011 21:29
Milli.Az xəbər portalı "İnradio"ya istinadən bildirir ki, Liviyada prezident Müəmmər Qəzzafiyə sadiq olan qüvvələr bu gün müxalifətin nəzarətində olan Əcdəbiyə şəhərini top atəşinə tutublar. Agentliyin müxbirinin bildirdiyinə görə, şəhərin qərb sərhəddində 30 dəqiqəyə yaxın bir müddət ərzində partalyışlar və pulemyot səsləri eşidilib.

Şəhərdəki qiyamçılardan birinin dediyinə görə, şəhərin qərb qapısı bombalanıb.

Qeyd olunur ki, Əcdəbiyənin qərb çıxışı qiyamçıların mərkəzi olan Benqaziyə qapı rolunu oynayır. Ona görə şəhərin bu hissəsi strateji əhəmiyyətə malik hesab olunur.

Milli.Az