Mübarəkin məhkəməsini istəyən iki nəfər öldürüldü

9 Aprel 2011 16:22
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, Misirin paytaxtı Qahirənin mərkəzindəki Təhrir meydanında sabiq prezident Hüsni Mübarəkin və onun iqtidarındakı adamların məhkəməyə cəlb olunması tələblərinin səsləndiyi nümayiş dağıdılıb.

Nümayişin dağıdılması zamanı  iki nəfər həlak olub.
Ən azı 15 nəfərin yaralandığı deyilir.
Hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə olunmadığını desələr də, iki nümayişçi güllə yaralarından həlak olub.

Hüsni Mübarəkin harada olduğu bilinmir. Ötən həftə yayılan xəbərlərə görə, o, müalicəsini davam etdirmək üçün Almaniyaya yollanıb.

Milli.Az