Partiya liderinin üzünə tort çırpdılar - VİDEO

1 İyun 2016 16:42

Almaniyanın Sol partiyasının lideri Sara Vaqenknext Mandenburqda keçirilən tədbir zamanı hücuma məruz qalıb. 

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisəyə Saranın Almaniya kansleri Angela Merkelə qarşı fikirlər səsləndirməsi və Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi təklifini irəli sürməsi səbəb olub. 

Hadisə o qədər tez baş verib ki, partiya sədrinin mühafizəçiləri insidentin qarşısını almağı bacarmayıblar. İnsidentdən sonra partiya sədrinə hücum edən şəxs saxlanılıb, Sara isə təcili olaraq, toplantını tərk etməli olub. 

Milli.Az