Aprelin 10-na olan hava proqnozu

10 Aprel 2011 02:00
Milli.Az xəbər portalının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam və gecə bəzi şimal rayonlarında
qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 19-24 dərəcə, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 22 dərəcəyədək isti təşkil edəcək.

Milli.Az