“112” xidmətinə qurumun öz binasında bomba olması barədə məlumat verilib
9 Aprel 2011 13:10
Milli.Az xəbər portalının Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıq DİN-in Növbəti Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat tədbirləri həyata keçirilsə də, məlumat təsdiqini tapmayıb. Aparılan araşdırmalar zamanı bilərəkdən yalan məlumatı verənin Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşmış 13 yaşlı L.M. olduğu müəyyən edilib.
Milli.Az