Əsnədi, ağzı bağlanmadı – FOTO

9 Aprel 2011 12:51
Milli.Az xəbər portalının məlumatına görə, hadisə Naothemptondakı qızlar məktəbində baş verib. Dərsə qulaq asdığı vaxt dərindən əsnəyən Holli sonra ağzını bağlaya bilməyib. Gənc qız əsnəyəndə ağzını o qədər böyük açıb ki, çənə sümüyü yerindən oynayıb. O, ağzını bağlamaq istəsə də, alınmayıb və kəskin ağrılar olub. Sinifdəkilər əvvəlcə hadisəni gülüşlə qarşılayıblar. Amma sonradan məlum olub ki, vəziyyət göründüyündən də ciddidir. Hollini əvvəlcə məktəbin tibb məntəqəsinə, oradan isə xəstəxanaya aparıblar.

Həkimlər çənə sümüyünün qırıldığını bildiriblər...

Milli.Az