Günün qoroskopu
11 Aprel 2011 05:00
Göylərin mənzərəsi
11 aprel, bazar ertəsi, IX Ay günü, Günəş -Qoçda, Ay - Xərçəngdə, Merkuri - Qoçda, Venera - Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün gücünüzə ınamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiniz. Səhhətinizə qarşı diqqətli olun.
Buğa - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli çətinliklərlə üzləşəcəksiniz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Əkizlər - Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Xoş münasibət bəslədiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda əməli nəticə yoxdur.
Xərçəng - Hələ ki, biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda nəzərəçarpacaq əməli nəticə yoxdur. Ünsiyyətlərinizdəki mehribanlıq və güzəştlər sizin fədakarlığınızla meydana çıxır.
Şir - Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsınız. Səhhətinizlə bağlı həlli vacib məsələlərə diqqət ayırmalısınız. Sevgi münasıbətləriniz qarışılıqlı ittihamlarla doludur.
Qız - Ünsiyyətlərinizdən məmnun qalacaqsınız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həllı yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq.
Tərəzi - Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaradacaq.
Əqrəb - Maliyyə işləriniz bu günlər demək olar ki, heç alınmır. Yorulmadan çalışmalarınıza baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün ğzünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şikayətiniz olmayacaq.
Oxatan - Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Ünsiyyətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksinız.
Oğlaq - Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarışılıqlı güzəştlərdən məmnun qalacaqsınız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə əhəmiyyətli nəticə verməyəcək.
Dolça - Əsəbi əhval-ruhiyyəniz dəxili sıxıntılarınızı artıracaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var.
Balıqlar - Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanliq və səmimilik müstəvisindədir. Maliyyə yönündə çalışmalarınız o qədər də yaxşı alınmır.
Milli.Az