Azərbaycanlı müğənni həyat yoldaşı ilə konsert verdi - FOTO

30 May 2016 16:41

Azərbaycanlı opera müğənnisi Yusif Eyvazov və həyat yoldaşı, həmkarı Anna Netrebko Sankt-Peterburqda konsert veriblər.

Axşam.az-ın Rusiya mətbautına istinadən məlumatına görə, dünya opera səhnəsinin ulduzlarından sayılan Anna konsertdən fotoları sosial şəbəkədə paylaşıb.

Konsert Sankt-Peterburqun şərəfinə keçirilən "Şəhər günü" münasibətilə Qış Sarayının meydançasında baş tutab. Anna və Yusifi dinləmək üçün 200 min insan oraya yığışıb.

Milli.Az