Binəqədi şössesində ağır qəza: 1 ölü, 1 yaralı
9 Aprel 2011 11:13
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 8-i saat 01:30 radələrində Binəqədi şossesində Pərviz Qurbanovun idarə etdiyi "BMW" markalı avtomobillə Famil Şükürovun idarə etdiyi "Tavriya" markalı avtomobil toqquşub.
Nəticədə F.Şükürov hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sərnişini Ruslan İsfəndiyarov isə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az