Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, yerdən yüzlərlə kilometr hündürlükdə olan buludlar ilk dəfə müşahidə edilib.
2012-ci ildə Marsın səthində iki dəfə nəhəng toz buludları aşkarlanmışdı. Mütəxəssislər bunun səbəbini hələ də tapa bilməyiblər. Marsın eyni hissəsində müşahidə edilən buludların hündürlüyü 250 kilometrədək çatır.
Marsda daha əvvəl aşkarlanmış buludların hündürlüyü isə maksimum 100 kilometr təşkil edib.
Buludların ən azı 10 gün ərzində mövcud olduğu bildirilir.
Milli.Az