Lahıc yoluna asfalt salınır
9 Aprel 2011 10:52
Muğanlı-İsmayıllı magistralından Lahıc qəsəbəsinədək olan 19 kilometrlik yolun əsaslı təmirinə başlanılıb. Lahıca gedən yoldan nəinki qəsəbənin, habelə bu istiqamətdə olan 9 kəndin sakinləri də istifadə edir.
Lahıc yolu turizm baxımından da böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə 10-dək turizm obyekti fəaliyyət göstərir. Son illərdə qədim yaşayış məskəni olan Lahıc qəsəbəsinə gələn tutistlərin sayı sürətlə artır. Əsaslı təmir edilən yol təbii ki, turistlərin rahatlığı üçün xüsusi əhəmiyyət kəsb edəcək.
Yolun təmiri ilin sonunadək başa çatdırılacaq.
AzərTAc