Qadın baş redaktor özünü öldürmək istədi - Azərbaycanda - YENİLƏNİB - FOTO

30 May 2016 13:16

13:16

Milli.Az bildirir ki, intihara cəhd göstərmiş Şəfəq Ağacan qızı Ağabalayeva (Şəfəq Ağacan) 9 fevral 1976-cı ildə Sumqayıt şəhərində mühəndis ailəsində doğulub. Əslən Masallı rayonunun Qızılağac kəndindəndir.

1984-1994-cü illərdə Sumqayıt şəhər 27 saylı məktəbində təhsil alıb və həmin məktəbi fərqlənmə ilə bitirib. 1994-1998-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya fakultəsində təhsil alıb. 1998-2008-ci illərdə Sumqayit şəhər 27 saylı məktəbdə rus dili müəllimi işləyib. 

1988-ci illdən müxtəlif qəzetlərdə, "Pioner" ,"168 saat", "Məslək", "Sabah", "Sumqayıt" qəzetlərində məqalələri dərc olunub. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin aparıcı təmsilçilərindən biridir. 

----------

12:22

"Bakupress.az"saytının baş redaktoru Şəfəq Ağacan intihara cəhd göstərib.

Milli.Az xeberle.com-a istinadən bildirir ki, o, xeyli sayda dərman preparatları qəbul edib. Dərhal xəstəxanaya yerləşdirilən jurnalistin həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, jurnalist Nicat adlı şəxs tərəfindən şantaj edildiyi üçün belə bir addım atıb.

Polis əməkdaşları tərəfindən ifadəsi alınan Şəfəq Ağacanın vəziyyətini həkimlər orta ağır qiymətləndirirlər.

Qeyd edək ki, Şəfəq Ağacan Sumqayıt şəhər sakinidir.

Milli.Az