Neft ucuzlaşdı

30 May 2016 10:32

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar azalaraq 49,17 dollar təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,23 dollar azalaraq 49,09 dollar olub.

Milli.Az