Venesuelada milyonlarla insan işıqsız qaldı

9 Aprel 2011 10:39
Milli.Az xəbər portalının "Rosbalt"a istinadən verdiyi məlumata görə, paytaxt Karakas da daxil olmaqla, xeyli şəhər və rayonlarda bir neçə saat işıq olmayıb. İlkin məlumata görə, buna meşə yanğınları səbəb olub. Nəticədə ölkənin 23 ştatından 17-də işıq kəsilib. Bu, Karakasda nəqliyyat sistemində xaosa səbəb olub. Minlərlə sərnişin metro tunellərində qalıb. Onların çoxu yaxınlıqdakı stansiyalara piyada getməli olub.

Milli.Az