Kot-d'İvuarda prezident iqamətgahı bombalandı
9 Aprel 2011 10:11
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, binaya Fransa ordusuna məxsus vertolyot zərbələr endirib. Hələlik ölən və ya yaralananlar haqda məlumat yoxdur.
Xatırladaq ki, artıq bir neçə gündür ölkə ərazisi tamamilə müxalifətin nəzarətindədir. Yalnız prezident iqamətgahı Qbaqbonu dəstəkləyən qüvvələrin əlindədir. Silahlıların mühafizəsində olan Qbaqbo oranı tərk etməkdən boyun qaçırır.
Milli.Az
Kot-d'İvuar qan içində - FOTOSESSİYA