NATO təyyarələri Liviyadakı hərbi anbarları bombalayıblar

9 Aprel 2011 09:17
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, NATO təyyarələri bu gecə Liviyanın şimal-qərbindəki Zintan şəhərindən 15 km aralıdakı hərbi anbarları bombalayıblar.

Bu arada Qəddafinin qoşunları mühasirəyə aldıqları Misrata şəhərini atəşə tutmağa davam ediblər. Yerli sakinlərin sözlərinə görə, dünən atışma nəticəsində ən azı 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Milli.Az