Küçənin ortasında 12 nəfəri öldürdülər: 4-ü uşaqdır

29 May 2016 10:35

Venesuelanın Truxilyo ştatının Andres-Belyo qəsəbəsində silahlı şəxslər 4-ü uşaq olmaqla, 12 nəfəri küçənin ortasında qətlə yetiriblər.  APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları hazırda motosiklet və avtomobillərlə hərəkət edən silahlıların müəyyən edilərək saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir. 

Polis  insidentdə səbəb kimi iki cinayətkar dəstə arasında ədavətin olmasını istisna etmir. Belə ki, qətlə yetirilən şəxslərdən iki nəfər barəsində qətllərə görə axtarış elan olunub.   

Milli.Az