Azərbaycanlı müğənninin toyu oldu - FOTO

29 May 2016 09:33

Müğənni Aysel Babayevanın toyu olub.

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları, media nümayəndələri qatılıblar. 

A.Babayeva Fərid Mehdiyev adlı rəqqasla ailə qurub. 

Qeyd edək ki, cütlüyün nikah mərasimi mayın 19-da olmuşdu.

A.Babayeva  "Eurovision" seçim turlarında, "Böyük səhnə" müsabiqəsində iştirak edib.

Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az