Atəşfəşanlıq sevinci faciəyə döndü: 1 ölü, 5 yaralı

29 May 2016 09:08

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərinin yaranmasının ildönümü ilə əlaqədar bayram tədbirində təşkil olunan atəşfəşanlıq zamanı baş vermiş bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.   

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, insident ötən gün gecəyarısı bayram atəşfəşanlığı zamanı baş verib. Belə ki, atəşfəşanlıqda istifadə olunan mərmilərdən biri insan kütləsinə dəyib. Nəticədə, bir nəfər ölüb, 5 nəfər yaralanıb.
 
Hadisənin səbəbləri araşdırılır.

Milli.Az