Sualtı qayıqda qətl

8 Aprel 2011 19:31
Milli. Az xəbər portalı "The Daily Telegraph"a istinadən bildirir ki, Böyük Britaniyanın "HMS Astute" nüvə sualtı qayığında qətl törədilib. Hempşir qraflığındakı Sauthempton şəhərinin limanında durmuş qayıqda zabit güllələnib.

Qarovulda olan matros onu dəyişməyə gəlmiş matros yoldaşı və zabitlə mübahisə edərək atəş açıb.
Qarovula yeni gələn matros ağır yaralanıb, zabit isə aldığı yaradan yerindəcə həlak olub.
Atəş açan matros tutulub və o, qətldə suçlanıb.

Milli.Az